Вернуться назад Распечатать

Qəhvə içə-içə Azərbaycana baxdılar -Provokatorlar sərhəddə

Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyası regionun təhlükəsizliyini dəstəkləməyə davam edəcək.

Bu barədə Aİ missiyasının açıqlamasında deyilir.

“Aİ-nin Ermənistandakı missiyasının rəhbəri Markus Ritter Martunidə patrul qrupuna qoşularaq, Ermənistan-Azərbaycan sərhədində vəziyyətə nəzarət edib.

Qəhvə və qonaqpərvərliyə görə yerli sakinlərə təşəkkür edirik. Aİ-nin Ermənistandakı missiyası cəmiyyətin etimadı ilə fəxr edir və regionda təhlükəsizliyin təmin edilməsinə sadiq qalmağa davam edəcək”, - qurum "X" hesabında yazır.

Xatırladaq ki, Aİ dünən Ermənistandakı missiyasının daha iki il uzadılması barədə qərar verib.