Вернуться назад Распечатать

Masazırda 38 yaşlı qadın öldürülüb, dayısı şübhəli kimi saxlanılıb - YENİLƏNİB

Abşeron rayonu Masazır qəsəbəsində 1987-ci il təvəllüdlü Türkan Abdurəhimova kəsici alətlə qətlə yetirilib.

1xeber.media yerli bürosunun əldə etdiyi məlumata görə, cinayət əməlini törətməkdə şübhəli bilinən T.Abdurəhimovanın dayısı, 1967-ci il təvəllüdlü Şakir Rzayev polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Araşdırma aparılır.

15:24

Abşeron rayonunda 38 yaşlı qadın qətlə yetirilib.

1xeber.media yerli bürosu məlumat verir ki, hadisə Masazır qəsəbəsində qeydə alınıb.

1987-ci il təvəllüdlü Türkan Allahverditevanın dayısı tərəfindən öldürüldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır