Вернуться назад Распечатать

Lavrov və Səudiyyə Ərəbistanının xarici işlər naziri Suriyadakı vəziyyəti müzakirə ediblər

Rusiyanın xarici işlər naziri Sergey Lavrov Səudiyyə Ərəbistanının xarici işlər naziri Feysəl bin Fərhan Əl Səud ilə telefonla Suriyadakı vəziyyəti müzakirə edib.

1xeber.media xəbər verir ki, bu barədə yanvarın 30-da Rusiya Xarici İşlər Nazirliyinin saytında məlumat verilib.

“Xarici siyasət idarələrinin rəhbərləri Suriyadakı vəziyyətə xüsusi diqqət yetirməklə, regional gündəliyin bir sıra aktual məsələlərinə dair ətraflı fikir mübadiləsi aparıblar”, - deyə məlumatda bildirilir.

Bildirilir ki, nazirlər Yaxın Şərqdəki böhranın həlli üçün səylərin birləşdirilməsi ilə bağlı ümumi mövqelərini təsdiqləyiblər.