Вернуться назад Распечатать

Sabah su kəsiləcək

Qaradağ rayonunun bəzi yerlərində suyun verilişində fasilə yaranacaq.

 Bu barədə 1xeber.media İri Şəhərələrin Birləşmiş Su Təchizatı Xidmətindən məlumat verilib.

Bildirilib ki, Lökbatan qəsəbəsi, Nizami 10 ünvanında “Neftçi” MTK-ya məxsus 4 binanı qidalandıran xətdə baş verən qəzanın aradan qaldırılması ilə əlaqədar yanvarın 31-i axşam saatlarınadək bu ünvana suyun verilməsində fasilə yaranacaq.