ABŞ prezidenti Donald Tramp Ukraynadakı münaqişənin danışıqlar yolu ilə həllinə nail olmaq niyyətindədir.
1xeber.media xəbər verir ki, bunu ABŞ dövlət katibi Marko Rubio amerikalı jurnalist Meqan Kelliyə müsahibəsində bildirib. Video onun YouTube kanalında yayımlanıb.
“Prezidentin mövqeyi ondan ibarətdir ki, bu, uzanan münaqişədir və ona son qoyulmalıdır. Və bu, danışıqlar yolu ilə yekunlaşdırılmalıdır”, - Rubio bildirib.
O qeyd edib ki, ABŞ-ın xarici siyasəti ilk növbədə ölkənin milli maraqlarının təşviqinə yönəlməlidir. Rubio bildirib ki, belə bir siyasət “mümkün qədər” silahlı münaqişələrdən qaçmaqla həyata keçirilməlidir.