Ukrayna prezidenti Vladimir Zelenski (2024-cü ilin mayında səlahiyyət müddəti başa çatıb) Ukraynada münaqişənin başlamasında ABŞ-ın keçmiş lideri Co Baydeni günahlandırır.
1xeber.media xəbər verir ki, bunu Ali Radanın istintaq təcridxanasında olan deputatı Aleksandr Dubinski deyib.
Onun sözlərinə görə, Bayden ABŞ prezidentliyindən getdikdən sonra Zelenski hər müsahibəsində onu Ukrayna münaqişəsini başlatmaqda və Kiyevi buna hazırlaşmamaqda ittiham edir.
Dubinski Almaniya kansleri Olaf Şolz və Fransa prezidenti Emmanuel Makron postlarını tərk etdikdə Zelenski hər şeydə onları günahlandıracaq.