Ağcabədi Rayon Polis Şöbəsi tərəfindən keçirilən əməliyyat tədbiri nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli bilinən, əvvəllər məhkum olunmuş 54 yaşlı Elşad Zeynalov saxlanılıb.
1xeber.media xəbər verir ki, E.Zeynalovun üzərindən və yaşadığı ünvandan 12 kiloqram marixuana aşkarlanaraq götürülüb.
Onun bir müddət əvvəl narkotikləri kultivasiya yolu ilə yetişdirərək əldə etdiyi və satış məqsədilə özündə saxladığı müəyyən olunub.
Faktla bağlı cinayət iși başlanılıb, saxlanılan şəxs barəsində həbs qətimkan tədbiri seçilib.