Вернуться назад Распечатать

Putin Tyaqinanı Təhlükəsizlik Şurası katibinin köməkçisi təyin edib

Rusiya prezidenti Vladimir Putin Tamara Tyaqinanı Təhlükəsizlik Şurası katibinin köməkçisi təyin edib.

1xeber.media xəbər verir ki, bu, yanvarın 31-də hüquqi informasiyanın rəsmi internet portalında dərc edilmiş fərmandan irəli gəlir.

“Tamara Aleksandrovna Tyagina Rusiya Federasiyası Təhlükəsizlik Şurası katibinin köməkçisi təyin edilsin”, - sənədin mətnində deyilir.

O, bundan əvvəl Rusiya Müdafiə nazirinin müşaviri vəzifəsini tutub.