Moldova və Ukrayna hökumətləri Dnestryanı bölgədə vəziyyəti gərginləşdirmək üçün qəsdən enerji böhranı törədiblər.
1xeber.media xəbər verir ki, bunu Moldovanın keçmiş prezidenti, Sosialistlər Partiyasının (PSRM) lideri İqor Dodon deyib.
“Son həftələrdə Dnestryanıda baş verənlər Kişinyov və Kiyevin regionda vəziyyəti gərginləşdirmək məqsədi ilə ümumi strategiyasına çox bənzəyir. Sol sahildə enerji və sosial böhran yaratmaq üçün Dnestryanı qəsdən qazsız və işıqsız qoyurlar”, - Dodon Telegram kanalında fikirlərini bildirib.
Onun sözlərinə görə, region rəhbərliyi “sağ sahil”in Rumıniyadan elektrik enerjisi aldığı Küçurgan elektrik stansiyasında “açıcını söndürməyə” məcbur edilir. Dodon əlavə edib ki, bu hərəkətlər Dnestr çayının bütün “sağ sahilinin” enerjisizləşməsinə səbəb ola bilər.