Вернуться назад Распечатать

Ceyhun Cəlilov 404 minlik avtomobil almaq istədi, sonra imtina etdi

Naxçıvan Nazirlər Kabinetinin 5 ədəd xidməti minik avtomobili almaq üçün elan etdiyi tender ləğv olunub.

 1xeber.media Pravda.az-a istinadən  xəbər verir ki, qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti qəbul edib.

 Bildirilib ki, satınalmanın maliyyələşdirilməsi dayandırılıb.

 Tenderin ümumi dəyəri 404 750 AZN olub.

 Qeyd: Naxçıvan Muxtar Respublikasının Baş naziri Ceyhun Ramiz oğlu Cəlilovdur.