Вернуться назад Распечатать

Fatma Mahmudovanın son durumu açıqlandı

İnsult keçirən xalq artisti Fatma Mahmudovanın səhhəti yaxşılaşıb, palataya köçürülüb.

1xeber.media xəbər verir ki, bu barədə report- aktrisanın qızı Nigar Tofiq deyib.

Onun sözlərinə görə, anası artıq palata şəraitində müalicə alır:

"Yəqin ki, yaxın zamanlarda evə buraxılacaq".

Qeyd edək ki, xalq artisti Fatma Mahmudova yanvarın 29-da insult keçirərək özəl xəstəxanalardan birinin reanimasiya şöbəsinə yerləşdirilib.