Вернуться назад Распечатать

Reanimasiyaya yerləşdirilən Faytonçu Nazimin vəziyyəti ağırdır

"Dünən mağazadan çıxarkən halı pisləşib, yıxılıb". 

1xeber.media  xəbər verir ki, sənətçinin dostu, aparıcı Kamran Həsənli Axşam.az-a açıqlamasında Nazim Pişyarinin (Faytonçu) səhhətindən danışıb:

 "Hazırda reanimasiyadadır, vəziyyəti ağırdır. Xəstəxanada idim, hamı gözləyir".

 K.Həsənli N.Pişyarinin bir müddət əvvəl əməliyyat olunduğunu da bildirib:

 "Nazim böyrəyindən əməliyyat olunmuşdu. Uğurlu keçmişdi, vəziyyəti yaxşı idi. İki gün əvvəl görüşmüşdük, hər şey qaydasında idi".