Ölkədə uğurlu gənclər siyasəti yeridilir. Bu siyasət dövlət siyasətinin tərkib hissəsidir.
1xeber.media xəbər verir ki, bunu bu gün Qərbi Azərbaycan İcmasının sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli jurnalistlərə açıqlamasında deyib.
Əziz Ələkbərli bildirib ki, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının qayıdış mövzusunda keçirdiyi tədbir Gənclər Gününə həsr olunub:
“Məqsəd bilikli, savadlı, bacarıqlı milli dəyərlərə hörmət edən, onların daşıyıcısı olan gəncik yetişdirməkdir. Dövlət, ölkə və millətin gələcəyi xeyli dərəcədə gənclərdən asılıdır”.
O həmçinin qeyd edib ki, İcmanın apardığı tarixi torpaqlarımıza qayıdış mübarizsinin gələcəyi də böyük ölçüdə gənclərdən asılıdır.