Azərbaycan-Qırğız İnvestisiya Fondu Qırğızıstanda həyata keçiriləcək iki layihəni - kiçik su elektrik stansiyasının (SES) və müasir tikiş fabrikinin tikintisini maliyyələşdirəcək.
Bu barədə 1xeber.media Qırğızıstanın İqtisadiyyat və Kommersiya Nazirliyinin açıqlamasına istinadən xəbər verir.
Nazirlik qeyd edib ki, SES-in gücü 9 meqavat təşkil edəcək, fabrikin tikintisi sayəsində isə 300 yeni iş yeri yaradılacaq.
Digər təfərrüatlar açıqlanmayıb.
Qeyd edək ki, Azərbaycan-Qırğız İnkişaf Fondu Şurasının Bakıda keçirilən dördüncü iclasında yeni investisiya siyasəti və 2 layihənin maliyyələşdirilməsi təsdiqlənib.