YouTube-da özbəklərə qarşı təhqirlərin yer aldığı uydurma təxribat xarakterli video xüsusi olaraq Moskva ilə Daşkənd arasında dava salmaq üçün hazırlanıb.
1xeber.media xəbər verir ki, bunu Özbəkistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Axror Burxanov deyib.
“Araşdırma nəticəsində məlum oldu ki, bu material xalqlarımız arasında münasibətlərə nifaq salmağa çalışan dağıdıcı qüvvələr tərəfindən təxribat xarakterli və uydurmadır”, - diplomat özünün Teleqram kanalında bildirib.
Agentliyin nümayəndəsi dəqiqləşdirib ki, video sosial şəbəkələrdə yayılandan dərhal sonra Özbəkistan XİN rusiyalı həmkarları ilə diplomatik kanallar vasitəsilə əlaqə saxlayıb.