Britaniyanın Cənubi Corciya adasından 340 kilometr aralıda sürüklənən dünyanın ən böyük aysberqi A23a-dan böyük bir parça qopub.
1xeber.media xəbər verir ki, bu barədə RİA Novosti agentliyi Rusiyanın Arktika və Antarktika Tədqiqat İnstitutunun (AARI) mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Dünən (31 yanvar) buz nəhənginin təxminən 2 faizini təşkil edən aysberqdən təxminən 80 kvadrat kilometrlik böyük bir parça qopdu" dedi Arktika və Antarktika Tədqiqat İnstitutunun buz və hidrometeoroloji məlumat üzrə baş mütəxəssisi Polina Soloşçuk .
Ekspert qeyd edib ki, 2023-cü ilin noyabrından təmiz suda sürüşmə dövründə aysberqin sahəsi demək olar ki, 11 faiz azalıb.
Bundan əvvəl A23a adlı dünyanın ən böyük aysberqinin Britaniyanın Cənubi Corciya adasına doğru getdiyi bildirilirdi. Bir buz obyekti adaya çırpıla və parçalana bilər.