Вернуться назад Распечатать

Trampdan Azərbaycanı sevindirən QƏRAR

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) saytı və “X” sosial şəbəkəsindəki səhifəsi fəaliyyətini dayandırıb.

Bu barədə Gazeta.ru məlumat yayıb.

“Sayta daxil olmağa cəhd edərkən veb-səhifənin əlçatmaz olduğu bildirilir”, – məlumatda deyilir.

Qeyd edək ki, ötən gün USAİD-in ABŞ Dövlət Departamentinin tərkibinə verilməsi haqda xəbər yayılıb.

USAİD tez-tez Azərbaycana qarşı planları, ermənipərəst mövqeyi ilə də gündəmə gəlirdi.