2023-cü ildə hərbçilər tərəfindən hakimiyyətdən uzaqlaşdırılan Qabon Prezidenti Əli Bonqo ikinci dəfə aclıq aksiyasına başlayıb.
1xeber.media xəbər verir ki, bu barədə onun vəkili Eyue Bekale məlumat yayıb.
Vəkilin sözlərinə görə, Bonqo tibbi yardım ala bilməyən həyat yoldaşı Silviya və oğlu Nurəddinə qarşı hərbçilərin rəftarına etiraz olaraq bu addımı atıb.
Bildirlib ki, keçmiş prezident özünün Libervildəki iqamətgahında yaşasa da, həyat yoldaşı və oğlu hələ də həbsxanadadır.
Qeyd edək ki, Əli Bonqo 2024-cü ilin mayında da arvadı və oğluna qarşı işgəncələrə etiraz olaraq aclıq aksiyası keçirmişdi.