Вернуться назад Распечатать

9 aptekdə nöqsan aşkarlandı

Səhiyyə Nazirliyi Analitik Ekspertiza Mərkəzi (AEM) yanvar ayı ərzində 16 aptekdə yoxlama aparıb.

1xeber.media xəbər verir ki, bu barədə AEM məlumat yayıb.

Qeyd olunub ki, Bakı şəhəri üzrə bir, respublikanın digər şəhər və rayonlarında isə 15 aptek olmaqla, 15 aptekdə planlı, bir aptekdə plandankənar təftiş aparılıb.

Yoxlamalar zamanı 9 aptekdə nöqsanlar aşkarlanıb, İnzibati Xətalar Məcəlləsinin 452.1 və 452.3 maddələri üzrə protokollar tərtib edilib.