Вернуться назад Распечатать

İtkin düşən balıqçıya görə helikopter cəlb edildi - Video

Yanvarın 13-də Lənkəran şəhəri, Siyavar kəndi yaxınlığında Xəzər dənizində itkin düşdüyü ehtimal edilən balıqçı 1984-cü il təvəllüdlü Mahmud Əbdüləli oğlu İbayevin axtarışları Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən davam etdirilir.

1xeber.media xəbər verir ki, bu barədə FHN-in Mətbuat xidməti məlumat yayıb.

Qeyd olunub ki, hazırda vətəndaşın axtarışları FHN-in Aviasiya dəstəsinin helikopteri, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri və Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin qüvvələri tərəfindən həyata keçirilir.

Ötən gün balıqçılardan biri - Nazim Abbasovun meyiti aşkarlanıb.