ABŞ prezidenti Donald Tramp Avropa mallarına gömrük rüsumları tətbiq edərsə, Avropa İttifaqı (Aİ) qəti şəkildə cavab verməlidir.
1xeber.media xəbər verir ki, bu barədə Danimarkanın baş naziri Mette Frederiksen jurnalistlərə açıqlama verib.
"Mən heç vaxt müttəfiqlərə qarşı mübarizə ideyasını dəstəkləməyəcəyəm, amma əlbəttə ki, ABŞ Avropaya sərt tariflər tətbiq edərsə, bizə kollektiv və qəti cavab lazımdır" dedi.
Frederiksen əlavə edib ki, hər kəs bütün dövlətlərin suverenliyinə hörmət etməlidir. Qrenlandiya Danimarkanın bir hissəsidir və satılmır.