Вернуться назад Распечатать

Göyərtəsində rusların olduğu təyyarə uçuş zamanı GPS siqnalını itirib

Rusiyanın Nordwind Airlines şirkətinə məxsus təyyarə uçuş zamanı GPS siqnalını itirib.

1xeber.media xəbər verir ki, bu barədə Aviaincident Telegram kanalı yazır.

Fevralın 1-də Nijni Novqoroddan Kalininqrada uçan Boeing 737-800 təyyarəsində gözlənilməz vəziyyət yaranıb. Baş verənlərə baxmayaraq, təyyarə komandiri təyinat hava limanına getmək qərarına gəlib.

Nəticədə təyyarə təhlükəsiz şəkildə Kalininqrad hava limanına enib. Heç kim xəsarət almayıb.

Daha əvvəl Kalininqrada uçan Rusiya aviaşirkətinin təyyarəsi qəfil istiqamətini dəyişərək başqa yerə enib. Hadisə yanvarın 30-da göyərtəsində sərnişinlərin olduğu Sankt-Peterburqdan uçan laynerlə baş verib. Havaya qalxdıqdan sonra ekipaj baqaj hissəsində yanğın göstəricisinin işə düşdüyünü bildirdi.