Вернуться назад Распечатать

Pilot döyüş tapşırığı zamanı həlak oldu

Ukraynalı pilot İvan Bolotov döyüş tapşırığını yerinə yetirərkən həlak olub.

1xeber.media xəbər verir ki, bu barədə  Ukrayna Hərbi Hava Qüvvələrinin 831-ci Taktiki Aviasiya Briqadasının mətbuat xidməti məlumat yayıb.

“Hərbi Hava Qüvvələrinin qırıcı pilotu, kapitan İvan Bolotov döyüş tapşırığından qayıtmayıb. “Onun cəmi 24 yaşı var idi”, - Facebook sosial şəbəkəsində dərc edilən mesajda deyilir.

Başqa heç bir məlumat verilməyib.