ABŞ prezidenti Donald Trampın Kanada, Meksika və Çindən gələn mallara tətbiq etdiyi rüsumlar fevralın 4-də gecə yarısından etibarən qüvvəyə minəcək.
1xeber.media xəbər verir ki, bu barədə CNN məlumat yayıb.
“Tarifləri qüvvəyə mindirmək üçün Tramp öz sərəncamı ilə milli fövqəladə vəziyyət zamanı prezidentə idxala birtərəfli qaydada nəzarət etmək səlahiyyəti verən Beynəlxalq Fövqəladə İqtisadi Səlahiyyətlər Aktına (IEEPA) istinad edərək, milli iqtisadi fövqəladə vəziyyət elan etdi. Tariflər çərşənbə axşamı ET saat 12:01-də qüvvəyə minəcək”, - məlumatda deyilir.
Kanada və Meksika mallarına 25 faiz, Çin mallarına isə 10 faiz rüsum tətbiq ediləcəyi qeyd edilir.
Bundan əvvəl Donald Tramp Kanadanın baş naziri Castin Trüdo ilə danışıb və Kanada və Meksikadan idxal olunan mallara 25 faizlik gömrük rüsumunun tətbiqi qərarını müzakirə edib. Siyasətçilər arasında növbəti söhbət yerli vaxtla saat 15:00-da (Moskva vaxtı ilə 23:00) gözlənilir.