Вернуться назад Распечатать

Vandallar Haaqadakı Tesla salonunu svastikalar və antifaşist şüarları ilə dağıdıblar

Bir qrup vandal milyarder İlon Maskın nasist üslublu salamına etiraz olaraq Haaqadakı Tesla salonunu svastikalar və antifaşist şüarları ilə dağıdıblar.

1xeber.media xəbər verir ki, bu barədə bazar ertəsi, fevralın 3-də “Politico” məlumat yayıb.

“Cinayətkarlar binanın fasadını “Nasistlərə yox” və “Sikdir, faşist” kimi şüarlarla dağıdıblar, həmçinin binanın giriş qapısına svastika çəkiblər”, – nəşr qeyd edir.

Vandallar bu günə qədər tutulmayıb. Polis araşdırma aparır.