Вернуться назад Распечатать

Putin ədliyyə nazirinin müavini Vsevolod Vukolovu vəzifəsindən azad edib

Rusiya prezidenti Vladimir Putin Vsevolod Vukolovu ədliyyə nazirinin müavini vəzifəsindən azad edib.

1xeber.media xəbər verir ki, fevralın 3-də müvafiq fərman hüquqi informasiyanın rəsmi internet portalında dərc olunub.

"Vsevolod Lvoviç Vukolov Rusiya Federasiyası ədliyyə nazirinin müavini vəzifəsindən azad edilsin", - sənəddə deyilir.

Vukolov 2021-ci ilin sentyabrında nazir müavini vəzifəsinə təyin edilib. O, bundan əvvəl 2019-cu ilin aprelindən 2020-ci ilin iyununadək əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini vəzifəsində çalışıb.