ABŞ prezidenti Donald Tramp Meksika lideri Klaudiya Şeynbaumla telefon danışığından sonra Meksika mallarına 25%-lik gömrük rüsumlarının müvəqqəti olaraq dayandırıldığını təsdiqləyib.
1xeber.media xəbər verir ki, Amerika prezidenti bu barədə fevralın 3-də özünün Truth Social sosial şəbəkəsində yazıb.
“Biz planlaşdırılmış tarifləri dərhal bir ay müddətinə dayandırmağa razılaşdıq, bu müddət ərzində dövlət katibi Marko Rubio, maliyyə naziri Skott Bessent, ticarət naziri Hovard Lutnik və Meksikanın yüksək vəzifəli rəsmiləri ilə danışıqlar aparılacaq. “Ölkələrimiz arasında razılığa gəlməyə çalışmaq üçün prezident Şeynbaumla şəxsən bu danışıqlarda iştirak etməyi səbirsizliklə gözləyirəm”, Tramp bildirib.
Meksika lideri eyni məlumatı X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində açıqlayıb.