Вернуться назад Распечатать

ABŞ-a gedən Paşinyan etirazla qarşılandı

Ermənistanın Baş naziri Nikol Paşinyan ABŞ-də səfərdədir.

1xeber.media  Ermənistan mətbuatına istinadən xəbər verir ki, onun Vaşinqtona səfəri çərçivəsində ABŞ-dəki həmyerliləri etiraz aksiyası keçirib.

Fəallar Ermənistan səfirliyinin divarına “Paşinyan erməniləri uğursuzluğa düçar etdi” yazılı plakat asıblar.

Bundan əlavə, Vaşinqtondakı erməni icmasının əksər nümayəndələri onunla fevralın 3-nə planlaşdırılan görüşdən imtina ediblər.