Вернуться назад Распечатать

Nazir sektor müdirini işdən çıxardı, məktəb direktoru qoydu

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) Keyfiyyətə nəzarət sektorunun müdiri Anar Mustafazadə vəzifəsindən azad edilib.

1xeber.media  Unikal.az-a istinadən xəbər verir ki, bu barədə elm və təhsil naziri Emin Əmrullayev əmr imzalayıb.

Nazirin digər əmri ilə Anar Mustafazadə Bakı şəhəri 272 nömrəli tam orta məktəbin direktoru vəzifəsinə təyinat alıb.