Moldovada müxalif Sosialist Partiyası (PSRM) hakimiyyətdən Rusiyaya qarşı sanksiyaları ləğv etməyi və dövlətlə iqtisadi əlaqələri bərpa etməyi tələb edib.
1xeber.media xəbər verir ki, bu barədə fevralın 4-də Moldovanın keçmiş prezidenti və partiya lideri İqor Dodon açıqlama verib.
“Sosialist Partiyası Rusiyaya qarşı tətbiq edilən sanksiyaların ləğvini, Rusiya Federasiyası ilə birbaşa uçuşların təcili bərpasını, pul köçürmələrinin bərpasını, daha ucuz enerji resursları əldə etmək üçün danışıqların başlanmasını və satış bazarının açılmasını tələb edir”, - Dodonun Teleqramında deyilir. kanalı bildirib.