Böyük Britaniyanın baş naziri Keir Starmer ABŞ prezidenti Donald Trampın Arktika adasını ABŞ-a birləşdirmək niyyətini təkrarlamasından sonra Danimarkanın Qrenlandiya üzərindəki suverenliyini dəstəkləyib.
1xeber.media xəbər verir ki, bu barədə Bloomberg məlumat yayıb.
Starmerin sözçüsü Dave Pares jurnalistlərin sualına cavab olaraq "Əlbəttə Qrenlandiya Danimarkanın bir hissəsidir" dedi.
Qeyd olunur ki, Starmer hökuməti ilk dəfə olaraq NATO müttəfiqləri arasında bu diplomatik böhranda Danimarkanı açıq şəkildə dəstəkləyib.