Вернуться назад Распечатать

İlyas İsmayılovun son durumu açıqlandı

Ədalət Partiyasının sədri İlyas İsmayılovun səhhəti haqda yaxşı nəsə demək mümkün deyil.

1xeber.media xəbər verir ki, bunu modern.az-a Ədalət Partiyasının sədr müavini Mütəllim Rəhimli bildirib.

“Təssüf ki, İlyas müəllimin səhhəti haqqında yaxşı nəsə demək mümkün deyil. Səhhətində irəliləyiş yoxdur. Ancaq Allahdan ümid kəsilməz”, - o deyib.

Qeyd edək ki, insult keçirən sabiq baş prokuror, Ədalət Partiyasının sədri İlyas İsmayılov bir aydan artıqdır Mərkəzi Klinikada müalicə alır.