Azərbaycan İlahiyyat İnstitutunun ötənilki məzunlarının bir hissəsinə diplomlarının verilməməsi ilə bağlı məlumatlar yayılıb.
Teleqraf.com-un sorğusuna cavab olaraq bildirilib ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin tabeliyində fəaliyyət göstərən Azərbaycan İlahiyyat İnstitutunun 2023/2024-cü tədris ili məzunlarına diplomların təhvil verilməsi ilə bağlı 2024-cü ilin noyabr ayında elan verilib.
“Ötən müddət ərzində müraciət edən məzunlara diplomlar təqdim olunub. Bir neçə nəfər müəyyən səbəblərdən diplomunu təhvil almaq üçün müraciət etməyib. Diplomların verilməsində ləngimələrin olması ilə bağlı məlumat həqiqəti əks etdirmir. Məsələ İnstitut rəhbərliyinin diqqət mərkəzindədir”, - deyə Dövlət Komitəsindən bildirilib.