1xeber.media xəbər verir ki, Səudiyyə Ərəbistanının "Əl-Nassr" klubunda çıxış edən portuqaliyalı futbolçu Kriştianu Ronaldo bir neçə kluba sahib olmağı planlaşdırır.
"Bu mənim arzumdur və əminəm ki, bir klubun sahibi olacağam" - deyən Ronaldo, "Üstəlik, bir deyil, bir neçə klubum olacaq" dedi.
Lakin o, klub idarə etmək və ya məşqçi olmaq istəmir. “Klub direktoru olmağın o qədər də mənası yoxdur” deyən futbolçu qeyd edib ki, əgər mən bir klubun sahibi ola bilirəmsə, niyə məşqçi, idman direktoru və ya baş direktor olmaq lazımdır?
Çərşənbə günü Ronaldonun 40 yaşı tamam oldu. Onun hələ futbolçu karyerasını bitirmək fikri yoxdur.
Ronaldo Portuqaliya millisi ilə 2016-cı ildə Avropa Çempionu və beşqat Çempionlar Liqasının qalibidir. 2024-cü ildə Forbes-in dünyanın ən çox qazanan futbolçuları siyahısına başçılıq etdi.