Tramp administrasiyasının Çinlə ticarət müharibəsi Avropada itkilərə səbəb ola bilər.
1xeber.media xəbər verir ki, bunu Avropa Mərkəzi Bankının (AMB) idarə heyətinin üzvü Pyero Sipollone deyib.
“Məni ən çox narahat edən prezident Trampın Çinlə tam miqyaslı ticarət müharibəsinə başlaya biləcəyidir”, - Reuters Cipollone-nin sözlərindən sitat gətirir.
Onun sözlərinə görə, bu, "ciddi təhlükə"dir, çünki Çin dünya istehsal gücünün 35%-nə sahibdir.
O, əlavə edib ki, Çin ABŞ-a məhdud çıxışa görə başqa bazarlar axtarmağa başlayacaq və “Avropaya dempinq qiymətləri tətbiq edərək, onların artımını ləngidə bilər”.