Argentina hakimiyyəti 18 yaşdan kiçik insanlar üçün cinsiyyət dəyişdirmə əməliyyatını və hormon terapiyasını qadağan etmək qərarına gəlib.
1xeber.media xəbər verir ki, bu barədə ölkə prezident administrasiyasının sözçüsü Manuel Adorni məlumat verib.
Associated Press onun sözlərindən sitat gətirib: "Milli hökumət həmçinin gender kimliyi haqqında qanuna dəyişiklik etmək və 18 yaşdan kiçik uşaqlar üçün hormonal müalicə və bədən modifikasiyası əməliyyatlarını qadağan etmək qərarına gəlib".
Adorni vurğuladı ki, bu müdaxilələr həm fiziki, həm də psixi sağlamlıq üçün ciddi risklər yaradır, çünki onlar “yetişmə prosesini dayandırmağa” kömək edir. O, həmçinin aydınlaşdırıb ki, bir çox hallarda prosedur və əməliyyatların nəticələri geri dönməz olur.