Вернуться назад Распечатать

Nazir Bakının mərkəzindəki universitetlərin köçürülməsindən DANIŞDI

Bakının mərkəzində yerləşən universitetlərin köçürülməsi istisna edilmir.

1xeber.media  xəbər verir ki, bunu elm və təhsil naziri Emin Əmrullayev jurnalistlərin suallarını cavablandırarkən deyib.

O qeyd edib ki, bu məsələ layihə və ilkin təkliflər formatındadır: "Universitetlərin köçürüləcəyini deyə bilmirik, amma istisna edilmir. Sadəcə, bu asan məsələ deyil. Bakının mərkəzindəki universitetlərdə 20 000 tələbə və üstəlik, nə qədər müəllim var".