Вернуться назад Распечатать

Polşa prezidenti gələcək pensiyaların azlığından şikayətlənir

Seçkilərdən sonra vəzifəsini tərk edəcək Polşa prezidenti Anjey Duda gələcək pensiyasının ayda 3000 dollar olmasından şikayətlənib.

1xeber.media xəbər verir ki, Polşa lideri bu barədə fevralın 6-da məlumat verib.

Business Insider onun sözlərindən sitat gətirir: “Prezident olduğum bu illərdə mənim öhdəmə düşməli olduğum məsuliyyəti və indiyədək Polşada yalnız üç nəfərin bu müavinəti almasını nəzərə alsaq, bu o qədər də böyük məbləğ deyil”.

Qeyd olunur ki, Polşada qanuna əsasən, dövlət başçısının pensiyası onun maaşının 75%-ni təşkil edir.