Вернуться назад Распечатать

Rusiyanın Fransadakı səfiri Avropaya Ukraynaya qoşun göndərməmək barədə xəbərdarlıq edib

Moskva Ukraynaya Avropa hərbi kontingentinin göndərilməsini münaqişənin gərginləşməsi kimi qiymətləndirəcək.

1xeber.media xəbər verir ki, bu barədə fevralın 6-da Rusiyanın Fransadakı səfiri Aleksey Meşkov RİA Novosti ilə söhbətində bildirib.

“Təbii ki, davam edən hərbi əməliyyatlar zamanı qoşunların yerləşdirilməsi, əslində, bütün nəticələri ilə müharibə elan etmək deməkdir”, o qeyd edib.

Meşkov onu da vurğulayıb ki, Ukraynaya istənilən üçüncü ölkə qüvvələrinin yerləşdirilməsi üçün həm Kiyevin, həm də Moskvanın razılığı lazımdır.