Ukraynada müvəqqəti atəşkəs və ya münaqişənin dondurulması qəbuledilməzdir.
1xeber.media xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova məlumat verib.
"Müvəqqəti atəşkəs və ya çoxlarının dediyi kimi, münaqişənin dondurulması qəbuledilməzdir", - o, brifinqdə deyib.
Onun sözlərinə görə, Qərb Ukraynanın hərbi potensialını gücləndirmək və “silahlı hərbi revanş” cəhdi üçün hərbi əməliyyatların potensial müvəqqəti dayandırılmasından istifadə edə bilər.
Zaxarova qeyd edib ki, Rusiya “böhranın təkrarlanmayacağına zəmanət verəcək etibarlı, hüquqi qüvvəyə malik razılaşmalara və mexanizmlərə” ehtiyac duyur.