1xeber.media xəbər verir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrov Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə telefon danışığı aparıb, Smolenskaya meydanı məlumat yayıb.
"Əvvəlki təmasların inkişafında prezidentlər və nazirlər Suriya və ətrafındakı vəziyyəti müzakirə ediblər. Yaxın Şərq və Ukrayna da daxil olmaqla, cari ikitərəfli, regional və beynəlxalq məsələlər üzrə yaxın təmasda qalmaq razılaşdırılıb", - məlumatda deyilir.
Nazirlər ikitərəfli gündəliyin bir sıra məsələlərini müzakirə edib və iki ölkə liderləri arasında əldə olunmuş razılaşmaların həyata keçirilməsi üçün idarələrarası format da daxil olmaqla, addımların sıx əlaqələndirilməsinin vacibliyini təsdiqləyiblər.
"Xarici siyasət idarələrinin rəhbərləri qarşıdakı təmasların cədvəlinə baxıblar", - XİN-dən bildiriblər.