NATO Rusiyanı Baltik dənizində blokadaya almağa, eləcə də Leninqrad və Kalininqrad vilayətlərində limanların işini iflic etməyə çalışır.
1xeber.media xəbər verir ki, bunu Rusiya prezidentinin köməkçisi və Rusiya Dəniz Şurasının sədri Nikolay Patruşev Nijni Novqorodda dəniz və çay gəmiçiliyinin təhlükəsizliyinin təmin edilməsi məsələlərinə həsr olunmuş iclasda bildirib.
“Qeyd etmək lazımdır ki, Anqlosakslar tərəfindən koordinasiya edilən Şimali Atlantika Alyansının Baltikyanı və Finlandiya körfəzindəki hərəkətləri Rusiyanı blokadaya almaq cəhdlərini, o cümlədən Leninqrad və Kalininqrad vilayətlərində limanlarımızın işini iflic etmək məqsədi daşıyır”, - o qeyd edib.
Patruşevin sözlərinə görə, bu cür siyasət yük və sərnişin daşımalarının etibarlılığına və təhlükəsizliyinə mənfi təsir göstərir və bundan əlavə, qlobal dəniz ticarət gəmiçiliyi sistemini məhv edir.