Вернуться назад Распечатать

Pentaqon rəhbəri Trampın Yaxın Şərqə "çoxlu sülh" gətirdiyini deyib

Heç kim Yaxın Şərqdə sülh üçün ABŞ prezidenti Donald Tramp qədər iş görməyib.

1xeber.media xəbər verir ki, bunu YouTube-da dərc olunan “Fox News” telekanalına müsahibəsində ABŞ-ın müdafiə naziri Pit Heqset deyib.

Onun sözlərinə görə, Fələstinin Həmas qruplaşmasının ləğvi ABŞ-ın məqsədi deyil.

“İsrailin etmək istədiyi budur və edəcək. Lakin İsrail HƏMAS-ı məhv etdikdən sonra Qəzzanın statusu prezident Trampın müzakirə etməyə hazır olduğu mövzu olacaq”, - Heqset bildirib.