Вернуться назад Распечатать

Muxtar Babayevin yerinə bu şəxs gətirilə bilər

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyevin Sərəncamına əsasən, Muxtar Babayev ekologiya və təbii sərvətlər naziri vəzifəsindən azad edilib. 

 1xeber.media Pravda.az-a istinadla xəbər verir ki , hazırda bu vəzifəni ekologiya və təbii sərvətlər nazirinin birinci müavini Rəşad İsmayılov icra edir.

 R.İsmayılov Prezidentin 15 avqust  2024-cü il tarixli 251 nömrəli Sərəncamı ilə ekologiya və təbii sərvətlər nazirinin birinci müavini vəzifəsinə təyin edildikdən sonra qurumda ciddi islahatlara başlayıb. Onun nazir postuna gətiriləcəyi istisna edilmir.