Вернуться назад Распечатать

Fransa Ukraynaya hərbi yardımı dayandırmağın vacibliyini açıqlayıb

Fransa Ukraynaya hərbi və maliyyə yardımını dayandırmalıdır.

1xeber.media xəbər verir ki, bunu fransız siyasətçisi və Patriotlar partiyasının lideri Florian Filippot deyib.

“Biz Aİ-ni tərk etməli və Ukrayna prezidenti Vladimir Zelenskini (2024-cü ilin mayında səlahiyyət müddəti başa çatmışdı – red.) silahlandırmaq və maliyyələşdirməyi dayandırmalıyıq”, o, X sosial şəbəkəsindəki (keçmiş Twitter) səhifəsində yazıb.

Filipponun fikrincə, Avropa ölkələrinin Ukrayna tərəfinə verdiyi dəstək onların əleyhinə çevrilə bilər.