Вернуться назад Распечатать

Keçmiş elektrik zavodunun yanan binasının içindən görüntülər yayılıb

1xeber.media rus saytlarına istinadən xəbər verir ki, Moskvanın şərqində keçmiş elektrik zavodunun binasında yanğın baş verib. Görüntülərdə içəridəki otaqlardan birinin tamamilə alov içində qaldığı görünür.

Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, 80 nəfər xilas edilib, hadisə yerində 60-dan çox yanğınsöndürən və 16 texnika işləyir.