Вернуться назад Распечатать

Ermənistanı tərk edən Qarabağ ermənilərinin sayı açıqlandı

Qeyri-rəsmi məlumatlara görə, 30 min Qarabağ ermənisi Ermənistanı tərk edib.

1xeber.media  xəbər verir ki, bunu erməni mediasına açıqlamasında Qarabağdakı keçmiş separatçıların keçmiş üzvü olan David Qalstyan deyib.

Onun sözlərinə görə, Qarabağdan könüllü köçən ermənilər Ermənistandan əsasən Rusiyaya gediblər.

Qeyd edək ki, 44 günlük müharibəyə qədər Qarabağda 60 minə qədər erməni yaşayırdı.