Вернуться назад Распечатать

Zelenski Putinlə sülh danışıqlarının şərtlərini açıqladı

Avropa və ABŞ Kiyevi tək qoymasa, Ukrayna Rusiya Prezidenti Vladimir Putinlə danışıqlara hazırdır.

1xeber.media  xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski öz "YouTube" kanalında deyib.

Zelenski münaqişənin 2025-ci ildə bitməsi üçün bütün imkanların olduğunu vurğulayıb. Ukrayna lideri əlavə edib ki, ABŞ Prezidenti Donald Tramp da vəziyyətin tezliklə həllini istəyir.

Onun sözlərinə görə, ABŞ və Avropanın Ukraynadan əl çəkməyəcəyi və təhlükəsizlik zəmanəti verəcəyi halda, Kiyev istənilən formatda danışıqlara hazırdır.