Dövlət Sərhəd Xidmətinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Atçılıq Fedarasiyasının birgə təşkilatçılığı ilə Vətən müharibəsinin 4-cü ildönümü, “Yaşıl dünya naminə həmrəylik ili” və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının ölkəmizdə keçiriləcək 29-cu sessiyasına (COP29) töhfə vermək məqsədilə ağacəkmə aksiyası keçirilib.
1xeber.media xəbər verir ki,ərazi bütövlüyümüzün və suverenliyimizin bərpası zamanı şəhidlik zirvəsinə ucalan qəhrəman vətən övladlarının əziz xatirəsinə hörmət və ehtiram əlaməti olaraq “Yaşıl dünyanı birlikdə quraq!” şuarı altında sözügedən qurumların əməkdaşlarının və ekokönüllülərin iştirakı ilə Binə Atçılıq Mərkəzinin ərazisində Abşeron yarımadasının torpaq-iqlim şəraitinə uyğun simvolik olaraq 2914 ədəd Eldar şamı ağacı əkilib.
Zəfər Günü ərəfəsində keçirilən ağacəkmə aksiyası yüksək bayram əhval-ruhiyyə ilə başa çatıb.