Sankt-Peterburqun "Zenit" klubu Rusiya Premyer Liqasının (RPL) Qış Kuboku matçında Moskva "Spartak"ı üzərində darmadağın olub.
1xeber.media xəbər verir ki, bu barədə Lenta.ru-nun müxbiri məlumat verib.
Əbu-Dabidə (BƏƏ) keçirilən görüş mavi-ağ-göylərin 3:0 hesablı qələbəsi ilə yekunlaşıb. Hesabı 16-cı dəqiqədə yarımmüdafiəçi Luis Enrike Andre açıb. 28-ci dəqiqədə yarımmüdafiəçi Vendel komandasının üstünlüyünü artırıb. 4 dəqiqə sonra hücumçu Mateo Kasyerra fərqlənib.
Turnirdə Moskvanın ÇSKA, “Dinamo”, “Krasnodar” və “Rostov” klubları da iştirak edib.
Qış fasiləsinə qədər "Zenit" 39 xalla RPL turnir cədvəlində ikinci yerdə idi. “Spartak” 37 xalla üçüncü pillədə qərarlaşıb.